Rusiya Prezidenti Vladimir Putinin sevimli tərcüməçisi Aleksey Sadıkov yenidən gündəmə gəlib.
"Unikal" xəbər verir ki, Putinin ABŞ nümayəndələri ilə görüşündə bir sözü belə ötürməyən Sadıkov hisslərin gərginləşdiyi anda da ənənəsinə sadiq qalıb. Belə ki, Putinin çıxışı zamanı qeydlər götürən Aleksey Prezidentin danışıq tempini, ritmini və hətta sözləri ifadə tərzini tamamilə eyniləşdirib.
Onun belə sürətli bir söhbətə, təmkinini pozmadan ayaq uydurması izləyicilərin maraqlı şərhlərinə səbəb olub. Bəziləri "Putindən daha çox qorxudur" deyə reaksiya veriblər.
Qeyd edək ki, Aleksey Sadıkovun milliyyəti ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. Onu hətta Putinin "varisi" də adlandırırlar.
Nuranə Abbasova







.jpeg)
.jpg)

















.jpg)










.jpg)














