17 noyabr dünya şöhrətli onkoloq alim, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun doğum günüdür.
"Unikal" xatırladır ki, Azərbaycan tibb elminin inkişafında və beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətləri olan Əhliman Əmiraslanov SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N. Petrov adına mükafatı laureatıdır. O, həmçinin Rusiya Tibb Elmləri Akademiyasının N.N. Bloxin adına qızıl medalı və Polşa Tibb Elmləri Akademiyasının Albert Şveytser qızıl mükafatı ilə təltif olunub. Alim dünyanın bir çox nüfuzlu xarici universitetlərinin fəxri doktoru, eyni zamanda beynəlxalq elmi assosiasiya və cəmiyyətlərin üzvüdür.
Görkəmli alim və ictimai xadim Əhliman Əmiraslanovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, elmi və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.














.jpg)




.jpeg)
.jpg)
.jpg)

















.jpg)










.jpg)

