Naxçıvan Muxtar Respublikasında qaz təchizatı sahəsində göstərilən xidmətlərin əlçatanlığının artırılması, istehlakçıların məlumatlandırılması və rəqəmsal həllərin tətbiqinin təşviqi məqsədilə paylayıcı qaz şəbəkəsinə qoşulma qaydalarına, prosedurlara və elektron xidmətlərə həsr olunmuş məlumatlandırma tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun birinci müavini (əməliyyat üzrə) Nail Abdullayev, Birliyin idarəetmə aparatının və Naxçıvan Regional Qaz İstismarı İdarəsinin struktur bölmələrinin rəhbərləri, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələri, habelə təbii qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi və quraşdırılması sahəsində fəaliyyət göstərən podratçı təşkilatların nümayəndələri iştirak ediblər.

Çıxış edən Birlik rəsmiləri bildiriblər ki, tədbirin əsas məqsədi qaz şəbəkəsinə qoşulma prosesinin iştirakçıları arasında koordinasiyanın gücləndirilməsi, normativ tələblərin vahid qaydada tətbiqinin təmin edilməsi, vətəndaşların və sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsinin artırılması, eləcə də xidmətlərin göstərilməsi zamanı qarşıya çıxan praktiki məsələlərin müzakirəsi və həlli istiqamətində fikir mübadiləsinin aparılmasıdır.

Daha sonra podratçı təşkilatların nümayəndələrinin sualları cavablandırılıb, zəruri məlumatlar təqdim olunub.