ABŞ prezidenti Donald Tramp İranla bağlı verdiyi açıqlamalarla gündəmdədir.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunun fonunda bir sıra siyasətçilər, ABŞ dövlət rəsmiləri Trampa dəstəklərini ifadə edirlər.
Belə dəstəklərdən biri də Cənubi Karolina ştatından olan Respublikaçı senator Lindsi Qrahamdan gəlib. Trampı tərifləyən senator açıqlamaları ilə diqqət çəkib.
"Təşəkkür edirəm, qalib gəldik, ona görə də ilk növbədə çoxlu təşəkkürlə başlamaq istəyirəm, ən böyük insan olan Tanrıya təşəkkür etmək istəyirəm. Tramp sonra gəlir, cənab Prezident, siz də Tanrıdan uzaq deyilsiniz, amma biz ondan başlayacağıq...", - deyib.

















































.jpg)
