"Azərbaycan cəmiyyətində kitaba, kitabxanaya tələbat, ona mənəvi müəssisə kimi baxışın səviyyəsindən daha çox asılıdır. 7% ali təhsilli kitabxanaçı fəaliyyət göstərir. Bu, olduqca az rəqəmdir. Kitabxanaya diplom üzərində baxmaq doğru deyil".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsində keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa deyib.

"Kitabxanaçıların maaşı 420 manatdan 550 manata qədərdir. Saat 09:00-18:00-a qədər işləyən kitabxanaçı işə iki və üç avtobus dəyişərək gəlir. Onun marşruta xərclədiyi vəsaiti də hesablasaq, aldığı maaş 300-350 manata çatmır. Belə vəziyyətdə gənclərin bu maaşla kitabxanaya cəlb olunması mümkün deyil".

Anar Kəlbiyev