"Yeni kitabxana sistemində, xüsusilə kənd və rayonlarda orta məktəblərdə kitabxanaların birgə idarəedilməsi məsələsi qoyulmuşdu".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

"İşğaldan azad olunmuş ərazilərdə yeni kitabxana binalarının tikilməsi əvəzinə, mövcud məktəb binalarında uyğunlaşdırılmış şəkildə ictimai kitabxana fəaliyyətinin təşkilini nəzərdə tuturuq. Bu, yenilikdir və birgə uğurumuzun nəticəsidir", -deyə nazir bildirib.

Anar Kəlbiyev