“Şəfa” daha bir transferi reallaşdırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın sabiq üzvü icarə əsasında “Səbail”in də formasını geyinib.

Qeyd edək ki, “Şəfa” daha əvvəl qapıçı Nicat Mehbalıyev və müdafiəçi Rauf Hüseynlini heyətinə cəlb edib.