Fələstin torpaqlarını ələ keçirən israillilər Ramallah şəhərində fələstinlilərə məxsus mülkləri yandırıblar.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, baş verən yanğının görüntüləri sosial mediada paylaşılıb.

İsrail əsgərləri və Fələstin torpaqlarını ələ keçirən israillilər son zamanlar işğal olunmuş Qərb Şəriyəsindəki Fələstin mülklərinə və kənd təsərrüfatı torpaqlarına hücumlarını artırıblar.

Fələstin mənbələrinə görə, 8 oktyabr 2023-cü ildən bəri Qərb Şəriyəsində baş verən hadisələrdə 1169 fələstinli ölüb, 12666 nəfər yaralanıb.