Martın 15-də keçirilən buraxılış imtahanında ən yüksək bal toplayan 9 abituriyentdən biri olan Zəhra Zərbəliyeva Bakıda 18 nömrəli tam orta məktəbin şagirdidir.
"Unikal" xəbər verir ki, o, 300 bal toplayacağını gözləmədiyini deyib:
"Düşünürdüm ki, balım 290-dan bir az artıq olacaq. Amma rəfiqələrim həmişə deyirdilər ki, 300-dən aşağı nəticə gözləmə. Yenə də balımı görəndə həddindən çox sevindim”.
Zəhra arzularından da danışıb: “Qəbul imtahanından da bacardığım qədər yüksək bal toplayıb ADA universiteninin ödənişsiz əsaslarla olan yerə qəbul olmaq istəyirəm. İnformasiya texnologiyaları üzrə mütəxəssis olacağam”.
Onun fikrincə, bu nəticənin ən böyük səbəbi onun birinci sinifdən yaxşı oxumağıdır: “Uşaqlıqdan daim hər fənni oxumuşam, əlaçı olmuşam. Və düşünürəm ki, kiçik yaşlarımdan yaxşı oxuduğum üçün bu nəticəni yığmağa nail oldum. Valideynlərim və müəllimlərimin üzərimdə əziyyəti böyükdür”.
