Martın 15-i tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş imtahan iştirakçıları arasında 9 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə "Unikal"a DİM-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, 18 saylı orta məktəbdən Zərbəliyeva Zəhra Polad qızı, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Həsənli Bəxtiyar Vüqar oğlu və Vəlizadə Rafiq Ramil oğlu, Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyadan Tağızadə Samir Hikmət oğlu, Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbi Qayıbova Emiliya Vitalik qızı, Mingəçevir şəhəri, Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydən Məcidli Burlaxatun Bəhruz qızı, Sumqayıt şəhəri, 17 saylı orta məktəbdən Əsgərov Əli Mübariz oğlu, Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseydən Məmmədli Nəslihan Ruhin qızı, Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseydən Xammədova Zəhra Xamməd qızı sözügedən imtahanda maksimum nəticə göstərib.