Macarıstanın MOL şirkəti təxminən üç aylıq fasilədən sonra “Drujba” neft kəməri vasitəsilə xam neft tədarükünün yenidən başladığını açıqlayıb.
"Unikal" xəbər verir ki, şirkətin məlumatına görə, ilk həcmlər artıq Fenyeslitke və Budkovce nasos stansiyaları üzərindən qəbul edilib və ölkəyə çatdırılıb.
Bildirilib ki, tədarükün bərpası Macarıstanın enerji təhlükəsizliyi baxımından mühüm addım hesab olunur. Eyni zamanda, Slovakiya rəsmiləri də təsdiqləyiblər ki, daşımalar əvvəlcədən razılaşdırılmış plana uyğun şəkildə həyata keçirilir.
Xatırladaq ki, “Drujba” kəməri ilə neft nəqli yanvarın 27-də dayandırılmışdı. Fasilə əsasən siyasi və texniki səbəblərlə izah edilirdi. Son həftələrdə aparılan danışıqlar və texniki işlərdən sonra nəqlin bərpasına nail olunub. Ekspertlərin fikrincə, tədarükün yenidən başlaması regionda yanacaq bazarının sabitləşməsinə müsbət təsir göstərə bilər və yaxın aylarda həcmlərin artacağı gözlənilir.
