Aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçəcək çimərlik futbolu üzrə Azərbaycan millisi Belarus yığması ilə iki yoldaşlıq oyununa çıxacaq.
"Unikal" xəbər verir ki, görüşlərin aprelin 29-da və 30-da baş tutması planlaşdırılıb.
Hər iki matç saat 18:00-da başlayacaq.
Yığmaya dəvət edilən oyunçuların adlarını təqdim edirik:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.
