İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-yə və Təhlükəsizlik Şurasına məktublar göndərərək bildirib ki, ABŞ İrana qarşı hücumlar hazırlamaq və həyata keçirmək üçün bir neçə Fars körfəzi ölkəsinin ərazisi və hava məkanından istifadə edib.
"Unikal" İran mediasına istinadən xəbər verir ki, sözügedən ölkələr Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdır.
İran həmçinin iddia edib ki, BƏƏ-nin vəziyyətində Hörmüz boğazındakı və Fars körfəzindəki adalardakı hədəflərə endirilən zərbələr zamanı hərbi təyyarələr və dronlardan istifadə etməklə hava məkanının birbaşa pozulması halları olub.
Tehran bu ölkələri mehriban qonşuluq prinsiplərinə riayət etməyə və ərazilərinin İrana qarşı istifadəsinə icazə verməməyə çağırıb və mümkün nəticələrə görə onları məsuliyyətə cəlb edib.
Gülayə Mecid
