Aprelin 23-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq.
Bu barədə "Unikal"a "Azərişıq" ASC-dən məlumat verilib.
Bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bundan başqa, Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/6 kV-luq "Karxana-601" yarımstansiyasından çıxan 6 kV-luq 18 saylı şəhər hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra yaşayış əraziləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
