Gəncə şəhərində baş verən yanğın hadisəsi tam söndürülüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Bağmanlar yaşayış massivinin Əhməd Cavad küçəsində yerləşən, ümumi sahəsi 400 kvadratmetr olan fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində evin 100 kvadratmetrlik talvarının 50 kvadratmetri və mətbəx hissəsi yanıb.
Hadisə zamanı evin qalan hissəsi, eləcə də yaxınlıqda yerləşən digər yaşayış evləri yanğından mühafizə olunub.
Xoşbəxtlikdən, yanğın nəticəsində xəsarət alan olmayıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
XXX
21:58
Gəncə şəhərində fərdi yaşayış evində yanğın baş verib.
“Unikal”ın məlumatına görə, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə yerləşən fərdi yaşayış evlərindən birində qəfil yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Tural Əhmədov
