Birjalarda “Brent” markalı xam neftin may fyuçerslərinin qiyməti 100 dolları keçib.

"Unikal" xəbər verir ki, hazırda “Brent” bir bareli 100 dollardan, “Light” markalı xam neftin bir bareli isə 91 dollardan baha satılır.

Ekspertlərin fikrincə, Yaxın Şərqdə davam edən gərginlik, tərəflərin ziddiyyətli açıqlamaları, Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliklər neft bazarlarında dəyişkənliyi artırıb, nəticədə “qra qızıl”ın qiymətlərində artıma səbəb olub.

Xatırladaq ki, fevralın sonlarında ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması və 12-dən çox ölkəni əhatə edən regional münaqişə səbəbindən dünya neft ticarətinin 20 faizinin keçdiyi Hörmüz boğazında nəqletmə demək olar ki, dayanıb.