İngiltərənin “Çelsi” futbol klubunun rəhbərliyi baş məşqçi Liam Rosenyorla yollarını ayırmaq barədə qəti qərar qəbul edib.

"Unikal" xəbər verir ki, cəmi dörd ay əvvəl sükan arxasına keçən mütəxəssis vəzifəsindən kənarlaşdırılıb.

Bu qərarın verilməsinə komandanın son vaxtlar nümayiş etdirdiyi rüsvayçı nəticələr səbəb olub. London təmsilçisi Rosenyorun rəhbərliyi altında çıxdığı son beş oyunda meydanı məğlubiyyətlə tərk edib. Daha acınacaqlı məqam isə odur ki, “zadəganlar” bu qarşılaşmaların heç birində rəqib qapısına yol tapa bilməyiblər.

Rəhbərliyin səbir kasasına daşıran son damla isə dünən "Brayton"a 3:0-lıq məğlubiyyət olub.

Klub rəhbərliyi sıfır qol və beş ardıcıl məğlubiyyətdən sonra komandadakı böhranın daha da dərinləşməməsi üçün bu addımı atmağa məcbur olub. Hazırda “Çelsi”nin yeni baş məşqçi axtarışlarına başladığı bildirilir.