Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Sahil qəsəbəsində yerləşən ərazi partiya təşkilatlarının nümayəndələrinin iştirakı ilə partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni giriş nitqi ilə açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov partiyanın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm tarixi hadisə olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay ötən dövrün siyasi nəticələrinin qiymətləndirilməsi və yeni inkişaf mərhələsində qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İlqar İlyasov qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi Zəfərlərin və qarşıdakı strateji hədəflərin geniş mənzərəsini əks etdirib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti, qəbul etdiyi qərarlar və həyata keçirdiyi siyasi xətt yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticələrindən bəhs edən rayon təşkilatının sədri YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rolunu diqqətə çatdırıb, partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında məsuliyyətli və fəal mövqe nümayiş etdirmələrinin vacibliyini vurğulayıb.
Çıxışında partiyanın qarşısında duran əsas vəzifələrə də toxunan İlqar İlyasov təşkilati fəaliyyətin gücləndirilməsi, üzvlərlə işin səmərəli qurulması, gənclərin və qadınların ictimai-siyasi proseslərdə fəallığının artırılması, eləcə də YAP Qaradağ rayon təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.
Müşavirədə çıxış edən 228 nömrəli tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Səkinə Rzayeva, “Qaranquş” uşaq bağçasının müdiri Gülyanaq Nəbiyeva, Sahil qəsəbəsinin ağsaqqalı İrzababa İbrahimov və Birinci Qarabağ müharibəsinin veteranı Bəxtiyar İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində əldə olunan nailiyyətlərdən danışıblar.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanın bugünkü inkişafının təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyası dayanır. Natiqlər Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu qeyd edərək partiya üzvlərinin üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmələrinin əhəmiyyətini diqqətə çatdırıblar.













.jpg)
.jpg)
















.jpg)

.jpg)













