Amerikalı milyarder reper Kanye Uestin Polşaya girişi qadağan edilib.
"Unikal" axsam.az-a istinadən xəbər verir ki, polşalı siyasətçi Maqdalena Biejat və xarici işlər naziri Radosłav Sikorskinin birgə açıqlamasına görə, qərar reperin əvvəlki antisemit açıqlamaları ilə bağlıdır.
Bu səbəbdən o, iyunda keçiriləcək "Superauto Festival"nda çıxış edə bilməyəcək.
Son illərdə qalmaqallı fikirləri ilə gündəmə gələn sənətçi daha əvvəl yəhudilərdən üzr istədiyini və psixoloji vəziyyəti üzərində çalışdığını bildirmişdi.
Qeyd edək ki, Birləşmiş Krallıq da reperin ölkəyə girişinə qadağa qoyub.
