Hazırda Azərbaycanın bəzi yerlərində duman müşahidə olunur.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Quba, Qusar, Şabran və Saatlıda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin aprelin 23-24-də fasilələrlə davam edəcəyi gözlənilir.