Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) təşəbbüsü və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə 23 Aprel — Beynəlxalq "İKT-də Qızlar" Günü ilə əlaqədar “Kibertəhlükəsizliyin əsasları: Təhdid, Müdafiə və Karyera” mövzusunda tədbir təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbir çərçivəsində ETX-nin əməkdaşları kibertəhdidlərin növləri, fərdi və korporativ səviyyədə müdafiə üsulları, eləcə də kibertəhlükəsizlik sahəsində karyera imkanları barədə iştirakçıları məlumatlandırıblar.

İştirakçılar interaktiv müzakirələrdə fəal iştirak edərək suallarını ünvanlayıb və praktiki biliklər əldə ediblər.

Tədbirin əsas məqsədi gənclər, xüsusilə qızlar arasında İKT sahəsinə marağı artırmaq, kibertəhlükəsizlik üzrə bilik və bacarıqları təşviq etmək və bu istiqamətdə karyera imkanları barədə məlumat verməkdən ibarət olub.