Ağstafada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Hərəktədə olan "Mercedes"lə digər avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar
1970-ci il təvəllüdlü Ç.Mustafayev, 1980-ci il təvəllüdlü E.Rəhimov və A.Əsgərovdur.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
