Tovuzda 6 yaşlı uşağı tok vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Çatax kəndində qeydə alınıb. Kənd sakini 2020-ci il təvəllüdlü S.Quliyev yaşadığı evin həyətində oynayarkən elektrik cərəyanı vurub. 6 yaşlı uşaq hadisə yerində ölüb. Məlumata görə, S.Quliyev məktəbdən gəlib evin həyətində oynayarkən hadisə baş verib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov