Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal” xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Belə ki, Ağdam rayon sakini Gündüz Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər — Aysel adlı qadın və Yalçın adlı şəxs ağır bədən xəsarətləri alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli