Samuxda usta hündürlükdən yıxılıb.

"Unikal"ın məlumatına görə hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 1982-ci il təvəllüdlü Yavər Məmmədov 1965-ci il təvəllüdlü Güllü Zeynalovaya məxsus evin dam örtüyünü təmir edən zaman yıxılıb. Ağır xəsarət alan 44 Y.Məmmədov xəstəxanaya yerləşdirilib. Xəstəxanada həkimlərin tibbi yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov