Xırdalan şəhərində yerləşən "Absheron City" yaşayış kompleksində müəmmalı hadisə baş verib.
"Unikal"ın məlumatına görə, həmin yaşayış kompleksinin sakinlərindən biri bildirib ki, onun həyətdə park etdiyi 77-TE-920 dövlət qeydiyyat nişanlı "Toyota Camry" markalı maşınının şüşəsi sınıb. Hadisə gecə saatlarında baş verib. Sakinə məlumat veriblər ki, yuxarı mərtəbələrin birindən pişik maşının üzərinə düşüb, bu səbəbdən belə bir hal yaşanıb.
Zərərçəkən şəxsi maraqlandıran bir sual var: Görəsən, hadisəyə doğrudan da, pişik səbəb olub, yoxsa binadan hər hansı daş parçası qoparaq maşının üzərinə düşüb?
O, məsələ ilə bağlı polisə müraciət edib. Sakinin sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Seymur Əli
