"Ali təhsil müəssisələri ali təhsil almağın dəyəri ilə onun iqtisadiyyatda yaratdığı dəyər arasındakı korrelyasiyanın səviyyəsini düzgün anlamalıdırlar, çünki bu, onların gələcək inkişafı üçün vacibdir".

"Unikal" xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Dövlət Aqrar Universitetinin təşəbbüsü və Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfrans çərçivəsində “Elm və təhsildə yaşıl konsepsiyalar”adlı panel müzakirəsində səsləndirib.