Türkiyəli məşhur aparıcı Serap Peközdə xərçəng aşkarlanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı onda süd vəzi xərçəngi aşkarlandığını yazıb.
"10 mart gecəsi sağlam bir qadın kimi yatağıma girdim. 11 martda mənə döş xərçəngi diaqnozu qoyuldu. Saçlarımın tökülməsi bu səyahətin bir hissəsidir. Sarsıldım? Bəli. Bəs, təslim oldum? Heç vaxt!" deyə, S.Peköz bildirib.
