Sankt-Peterburqdan İstanbula uçan Airbus A321 təyyarəsində həlak olan sərnişin rusiyalı skripkaçı və Sankt-Peterburq Simfonik Orkestrinin dirijoru Sergey Stadler imiş. 

"Unikal" xəbər verir ki, tibb işçilərinin 63 yaşlı Xalq artistini həyata qaytarmaq cəhdləri uğursuz olub. 

Qeyd edək ki, təyyarədə həkim olmadığından ilk tibbi yardım aviaşirkətin işçiləri tərəfindən göstərilib. 

Stadler Sankt-Peterburq Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri idi və 2008-ci ildən 2011-ci ilə qədər Sankt-Peterburq Konservatoriyasına rəhbərlik edib.