Pakistanın Multan şəhəri yaxınlığında "Rahman Baba Express" sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı dörd nəfər ölüb, 30-dan çox insan yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Dawn" qəzeti yazıb.
Hesabatda qeyd olunur ki, qatar cənub liman şəhəri Karaçidən şimal-qərbdəki Peşəvər şəhərinə gedirdi. Qatar saatda 100 km sürətlə hərəkət edirmiş və təxminən 500 nəfər sərnişini olub.
Zərərçəkənlərə tibbi yardım göstərilib.



















_1766155543.jpeg)



.webp)



.webp)




















