Türkiyəli məşhur aktrisa Eda Ece Fatih Altaylının "YouTube" proqramında qonaq olub.
"Unikal" xəbər verir ki, 2023-cü ildə basketbolçu Buğrahan Tuncer ilə evlənən və 2024-cü ildə qızı Mina İpek dünyaya gələn aktrisa, ana olduqdan bəri karyera seçimlərində daha diqqətli olduğunu bildirib.
"Açıq-saçıq səhnələrə çəkilmirəm. Açıq-saçıq geyimlər geyinmirəm. Bu şeylərə diqqət yetirirəm. Buğrahanla evlənib uşaq sahibi olduqdan sonra bu şeylərə daha çox diqqətli olmağa çalışıram. Bundan əlavə, əvvəllər bu cür obrazları canlandırmamışam. Personajlarımı buna uyğun seçirəm", - deyə aktrisa qeyd edib.
Həmçinin, Eda Ece bildirib ki, əri Buğrahan Tuncer ilə "Yasak Elma" serialının çəkilişləri zamanı bir kafedə tanış olublar.



































.jpg)










.jpeg)







