Ağ Ev ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Gillfoyldan istefa verməsini tələb edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, siyasi əlaqələrindən maliyyə üstünlükləri əldə etmək və özəl biznes maraqlarını inkişaf etdirmək üçün istifadədə günahlandırılır.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə Gillfoylu işdən çıxarmağı düşündüyünü bildirib. Prezident və dövlət katibi Marko Rubio diplomatın iddia edilən qanun pozuntuları ilə bağlı xəbərlərdən son dərəcə narazı qalıblar və onun istefasını müzakirə ediblər.
Gilfoyl Trampın uzun müddətdir siyasi müttəfiqi və oğlu Donald Trampın keçmiş nişanlısıdır. Səfir təyin olunmazdan əvvəl o, "Fox News" aparıcısı və Kaliforniyada prokuror kimi çalışıb. Tramp onu 2024-cü ilin dekabrında namizəd göstərib və Senat onun təyinatını 2025-ci ilin sentyabrında təsdiqləyib.





.jpg)









.jpeg)

























.jpeg)



