UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda bu gün Bakıda üz-üzə gələcək "Sabah" və "Slaviya Praqa" (Çexiya) klublarının start heyətləri açıqlanıb.
"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Sabah”: Stas Pokatilov, Aden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Kahim Perris, Velko Simiç, Stiv Solvet, Coy-Lens Mikels.
“Slaviya Praqa”: Markoviç, Zima, Çori, Holes, Provod, Sadilek, Şturm, Nquessan, Ayaosi, Vlçek, Moses.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
*** 09:11
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-də start götürəcək.
Görüşün baş hakimi avstriyalı Sebastyan Qishamer olacaq.
Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. "Slaviya" isə Çexiyada Fransa təmsilçisi "Lans"a uduzub - 2:3.
























.jpg)







.jpg)




















