İstanbulun Esenyurt rayonunda güclü yağış səbəbindən bir qadın sel suları altında qalıb.

"Unikal" xəbər verir ki, qəfil leysan yağış şəhərdə həyata mənfi təsir göstərib və yollarda yığılan su selə çevrilərək böyük təhlükə yaradıb. Yeriməkdə çətinlik çəkən bir vətəndaşın su altında qaldığı dəhşətli anlar ətrafdakı vətəndaşların müdaxiləsi sayəsində başa çatıb.

Tarazlığını itirən qadın bir neçə metr axına qapılıb. Yaxınlıqdakı şəxslərin köməyi ilə o, son anda boğulma və ağır xəsarət almaqdan xilas edilib.