Türkiyənin xarici işlər naziri Hakan Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə Müşavirənin (AQQTT) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

"Unikal" xəbər verir ki, o, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

Fidanı Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb.

*** 14:10

Türkiyənin xarici işlər naziri Hakan Fidan 15 oktyabrda Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Dövlət və Hökumət Başçıları Şurasının Yeddinci iclasında iştirak edəcək. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, iclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.