İstanbul valiliyi şəhərə təsir edən güclü yağış və əlverişsiz hava şəraiti səbəbindən motosikletlərin və oxşar iki təkərli nəqliyyat vasitələrinin yollarda hərəkətini qadağan edib.

"Unikal" xəbər verir ki, şəhər daxilində tətbiq olunacaq qadağa 14 oktyabr Çərşənbə günü saat 21:00-da başlayacaq və növbəti xəbərdarlığa qədər davam edəcək.

Bundan başqa, əlverişsiz hava şəraiti səbəbindən təhsil müəssisələrində tətil elan edilib.