Qazaxıstan sərhədində narkotiklə saxlanılan reper Nəvainin (əsl adı Nəvai Bəhmən oğlu Bəkirov) anası Aynur Bəkirova həbsi ilə bağlı vəziyyətin "artıq həll olunduğu"nu deyib.
"Unikal" xəbər verir ki, o, oğlunun şərləndiyini deyib.
"Aman Allahım, o və narkotik? Oğlumu şərləyiblər. O, narkotik istifadə etmir, bu necə ola bilər? Tezliklə konserti var. Belə ola bilməz, sizə dəqiq deyirəm, belə ola bilməz. Konsertin niyə dayandırıldığını düşünürdüm", - deyə qadın bildirib.
O həmçinin oğlunun komandası ilə əlaqə saxladığını da deyib. Bəkirovanın sözlərinə görə, onlar ona panikaya düşməyə heç bir səbəb olmadığını söyləyiblər.















.jpg)





















.jpeg)






.jpg)







