Gürcüstan müxalifətinin lideri Zurab Caparidze Türkiyə hava limanında saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Liberal və Demokratlar Alyansı məlumat yayıb. 

"Pasportu və baqajı müsadirə edilib, kameraya yerləşdirilib və sabah Gürcüstana qaytarılacaq. O, tranzitlə Brüsselə gedirdi və orada "Yeni Avropa" liderlərinin sammitində iştirak etmək üçün dəvət olunub", - deyə məlumatda bildirilib.

"Mənə izah etdikləri kimi, 2025-ci ilin noyabr ayından bəri Türkiyəyə girişim qadağan edilib. Onlar mənim haqqımda Gürcüstan rəsmilərindən bəzi məlumatlar alıblar. Sabah səhər Tbilisiyə geri göndəriləcəyəm", - deyə Caparidze özü sosial mediada yazıb.