"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya Praqa” komandası ilə üz-üzə gəlib.

Əlincə stadionunda təşkil edilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, komanda I turda İngiltərədə "Mançester Yunayted"ə 0:5 hesabı ilə məğlub olmuşdu.