"Mən səmimi və dürüst şəkildə bəyan etmişəm ki, biz müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq".
"Unikal" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Onun sözlərinə görə, ölkəsi heç kimə hücum etmək niyyətində deyil, lakin müharibənin qarşısını almaq məqsədilə ona hazırlaşır: "Qərbdəki 'dostlarımızın' mediada başlatdığı və guya Rusiyanın Belarus ərazisindən və Belarusla birlikdə Baltikyanı ölkələrə, hətta Polşaya hücum edəcəyini iddia edən kampaniyanın əksinə olaraq, biz heç kimə hücum etməyə hazırlaşmırıq".
Lukaşenko bildirib ki, həmin "tərəfdaşlar" son vaxtlar mediada Belarus silahlı qüvvələrindəki proseslərə xüsusi diqqət yetirirlər: "Onları əsasən o məqam narahat edir ki, biz Silahlı Qüvvələrin bölmələrində – təkcə orduda deyil, bütün Silahlı Qüvvələrdə – yoxlamaları son dərəcə tez-tez, həmçinin çox əhatəli və intensiv şəkildə həyata keçiririk".
Ağarza Elçinoğlu







.jpeg)

















_1766155543.jpeg)




.webp)



.webp)












