Azərbaycan məktəblərində uşaqların hicab taxmasını qadağan (vahid məktəbli geyimi tətbiq olunub - red.) edib.
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
Eks-prezident qeyd edib ki, bu, Azərbaycanın dünyəvi dövlət kimi mövqeyinin möhkəmləndirilməsi və radikal dindarlığın təsirinin qarşısını almaq üçün atılan çox mühüm və cəsarətli addımdır.
Saakaşvili İranın Borçalıda yaşayan azərbaycanlılara yönəlik fəaliyyətlərinə də diqqət çəkib:
“Artıq Azərbaycana təsir göstərə bilməyən İran fəal şəkildə Gürcüstanda yaşayan azərbaycanlıların dini baxımdan radikallaşdırılmasını həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı radikallar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə törədirlər”.
Ağarza Elçinoğlu




































.jpg)










.jpeg)






