Belçikanın Rusiyadakı səfiri Mişel Jerebsoff Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Rusiya diplomatik nümayəndəliyi bildirib ki, diplomata Belçikanın hərbi və siyasi rəhbərliyinin artan ittihamlarını qətiyyətlə rədd edən Moskvanın mövqeyi barədə nota verilib. Bu ittihamlar Rusiyadan Belçika və Avropaya qarşı artan hibrid, sabotaj və birbaşa hərbi təhdidlərlə bağlı iddialarla əlaqəlidir. Rusiya tərəfi bu bəyanatları "əsassız" adlandırıb və onları Belçika hakimiyyətinin Rusiya əleyhinə ritorikası ilə əlaqələndirib.
Bəyanatda qeyd olunub ki, "Belçika hakimiyyətinin müəyyən nümayəndələrinin Rusiyanı qəsdən düşmən kimi təqdim edən açıq aqressiv bəyanatları vəziyyətin daha da gərginləşməsinə və onların təşviq etdiyi qarşıdurmanın nəzarətdən çıxma riskinə səbəb olur".

















.jpg)










.jpeg)




















