"Ağıllı olun, cənablar! Türkiyə və İranda son günlər Azərbaycana qarşı qonşuluq və qardaşlıq prinsiplərinə uyğun olmayan mövqe sərgiləyənlər anlamalıdırlar ki, İlham Heydər oğlu Əliyev təzyiqlər qarşısında geri çəkilən lider deyil. O, Azərbaycan xalqının dəstəklədiyi, qalibiyyətə imza atmış rəhbərdir. Tələsməyin, cənablar! Hər şeyin öz vaxtı var. Özünü regionun lideri hesab edənlər unutmasınlar ki, İlham Heydər oğlu Əliyev dünyada tanınan, qəbul edilən və hörmət göstərilən liderdir".
"Unikal" xəbər verir ki, bu sözləri "Unikal Media" Qrupunun rəhbəri Asəf Rzayev deyib:
"Türkiyədən səslənən, ölçü-biçidən uzaq bəzi mövqelər isə ciddi suallar doğurur. Türk dünyası İlham Heydər oğlu Əliyevin siyasi iradəsini və Azərbaycanın gücünü yaxşı bilir. Heç bir dövlət rəsmisi Azərbaycanla münasibətlərdə bunu nəzərdən qaçırmamalıdır.
Azərbaycan xalqı İlham Heydər oğlu Əliyevin ətrafında birləşir və onun siyasətini dəstəkləyir. Vəssalam!
Biz dövlət maraqlarımız nəyi tələb edirsə, ona uyğun qərarlar veririk. İlham Heydər oğlu Əliyev dövlətimizin başındadır, xalqımız isə onun arxasındadır".




































.jpg)










.jpeg)





