Papa XIV Leo ağciyərindəki bədxassəli şişdən əməliyyat olunub.
"Unikal" xəbər verir ki, bu barədə Papanın cərrahı və onu müalicə edən həkimlər Stefano Marqaritore və Luici Karbonenin açıqlamasında bildirilib.
"Təcili histoloji müayinə əməliyyat öncəsi testlərin nəticələrinə əsasən gözlənildiyi kimi ağciyərin adenokarsinoması (bədxassəli şiş) diaqnozunu təsdiqləyib. Sağ ağciyərinin aşağı payı videoköməkli cərrahiyyə əməliyyatı vasitəsilə çıxarılıb. 71 yaşlı Papa əməliyyat otağında təxminən üç saat keçirib", - deyə həkimlər açıqlamalarında bildiriblər.









































.jpg)







.jpg)

