"Güller ve Günahlar" serialında "Zeynep" obrazını canlandıran aktrisa Cemre Baysel medianın diqqətini çəkib.
"Unikal" xəbər verir ki, türkiyəli məşhur yarış pilotu Cem Bölükbaşı ilə münasibətini sonlandıran aktrisa yeni eşqə yelkən açıb.
Cemrenin adı indi məşhur futbolçu ilə hallanır. İddialara görə, Baysel əvvəllər Derya Pınar Ak ilə münasibətdə olan "Beşiktaş" futbolçusu Emirhan Topçu ilə birlikdədir.
İddiallar fonunda Emirhan Topçunun anasının aktrisanı sosial mediada izləməyə başlaması diqqətdən yayınmayıb.





















































