İstanbulda baş verən güclü yağışda 3 nəfər həyatını itirib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  daha 4 nəfər isə itkin düşüb. 

İtkin düşmüş şəxslərin axtarışı davam edir.

***

İstanbulda baş verən güclü yağış çayların və kanalizasiya borularının daşmasına, yolların göllərə çevrilməsinə səbəb olub.

"Unikal" Türkiyə mətbustına istinadən xəbər verir ki, İstanbulda məktəblər bir günlük bağlanıb. Leysan yağışı nəticəsində iki nəfər həyatını itirib.

Selə görə köməksiz vəziyyətdə qalmış vətəndaşlar texnika vasitəsilə xilas edilib.