"Son vaxtlar hicab məsələsini bəhanə edərək Azərbaycana qarşı həm xaricdə, həm də daxildə məqsədyönlü təxribat xarakterli çağırışlar və qaralama kampaniyaları həyata keçirilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafadeyib. O, Böyük Quruluş partiyasının sədri olaraq bu kampaniyanın birbaşa Azərbaycan dövlətinin maraqlarına qarşı yönəldiyini qeyd edib və bu prosesə qoşulmuş bütün şəxsləri və qurumları bədxah davranışlardan çəkinməyə çağırıb:

"İllərdir dini cəhalətə və xurafata qarşı mübarizə aparmaqla yanaşı cəmiyyətimizdə insanların sağlam dini inanclarına və dəyərlərə sahib olmasının zəruriliyini vurğulayıram. Nazirlər Kabinetinin təhsil sistemimizdə vahid geyim qaydalarının tənzimlənməsi barədə qərarı Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq təhsil sistemimizdə dünyəvilik prinsipinin qorunması, dövlət və din münasibətlərinin sağlam zəmində tənzimlənməsini özündə ehtiva edir və bu qərarı birmənalı şəkildə dəstəkləyirəm. Öz milli dövlətinə və milli dəyərlərinə sadiq olan hər bir Azərbaycan vətəndaşını dövlətimizin və xalqımızın ali maraqlarını qətiyyətlə qorumağa çağırıram".