Oktyabr — Süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində Diaqnoz Tibb Mərkəzi sağlamlıq maarifləndirilməsinə və erkən diaqnostikanın əhəmiyyətinin təbliğinə yönəlmiş tədbirləri davam etdirir.

"Unikal" xəbər verir ki, Diaqnoz Tibb Mərkəzi və “Atəşgah” Sığorta Şirkətinin birgə təşkilatçılığı ilə maarifləndirmə aksiyası keçirilib. Bununla yanaşı, “Baker Hughes-Azerbaijan” və “The Ritz-Carlton, Baku” əməkdaşları üçün süd vəzi sağlamlığına həsr olunmuş maarifləndirici seminarlar təşkil edilib.

Seminarlar çərçivəsində Diaqnoz Tibb Mərkəzinin mammoloqu Kəmalə Rəhimova “Süd vəzilərinin sağlamlığını qoruyaq” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı süd vəzi sağlamlığının qorunması, müayinələrin əhəmiyyəti və xəstəliklərin erkən aşkarlanmasının rolu barədə məlumat verilib.

Tədbir iştirakçılarına maarifləndirici materiallar və Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayının beynəlxalq simvollarından olan çəhrayı lentlər təqdim olunub.

Niyə müntəzəm müayinə vacibdir?

Süd vəzi xərçəngi ilkin mərhələlərdə bəzən heç bir əlamət vermədən inkişaf edə bilər. Buna görə də yaşa, fərdi risk faktorlarına və həkim tövsiyələrinə uyğun müayinələr xəstəliyin vaxtında aşkarlanmasında mühüm rol oynayır. Süd vəzisində yeni yaranmış düyün, forma və ölçü dəyişikliyi, dəri dəyişiklikləri və ya məmə ucundan qeyri-adi ifrazat müşahidə edildikdə həkimə müraciət etmək vacibdir.

Sağlamlığınıza ayırdığınız vaxt gələcəyinizə verdiyiniz dəyərdir.

🎀 “SAĞLAM SÜD VƏZİ” XÜSUSİ ENDİRİM AKSİYASI

Diaqnoz Tibb Mərkəzi qadınların müayinələrə əlçatanlığını dəstəkləmək məqsədilə xüsusi kampaniya təqdim edir:

3D tomosintez rəqəmsal mammoqrafiya + süd vəzilərinin USM — cəmi 150 AZN

Süd vəzi MRT müayinəsi — 30% endirimlə

Aksiya müddəti: 1–31 oktyabr 2026-cı il

Müayinənin növü yaşınıza, fərdi risk faktorlarınıza və həkim tövsiyəsinə uyğun seçilməlidir.

Öncədən qəbula yazılmaq mütləqdir!

Əlaqə: +994 55 754 43 03

Ünvan: Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 38C

www.diaqnoz.az

Özünüzü qorumaq üçün ilk addımı bu gün atın. Erkən diaqnoz üçün müayinənizi təxirə salmayın!