Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda qəbullar keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil olunan qəbullarda vətəndaşların müraciət və təklifləri yerində dinlənilir, müvafiq addımlar atılır.
"Unikal" xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu oktyabrın 16-da Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunub.
Qəbulda Füzuli, Ağdam və Xocavənd rayonlarından olan sakinlər müraciət və təkliflərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri sakinlər tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.















.jpg)











.jpg)








.jpg)

















