Birləşmiş Millətlər Təşkilatı (BMT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) regional və qlobal çağırışların həlli üçün əməkdaşlığı gücləndirir.

"Unikal" xəbər verir ki, bunu BMT-nin Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında deyib.